Xəbər lenti

Repetitor yanına gedənlərin nəzərinə: karantində nələrə diqqət edilməlidir?
Ölkə16:38 02.05.2020

Repetitor yanına gedənlərin nəzərinə: karantində nələrə diqqət edilməlidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktəblərin bağlanması ilə repetitorlara tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, abituriyentlər müəyyən bir fasilədən sonra repetitorların fəaliyyətinə icazə verilməsini fürsət bilərək yenidən fərdi məşğələlərə başlayıblar.
Amma xüsusi karantin rejimi müddətində repetitorlar və məşğələlərə gedən abituriyentlər mütləq qaydada bəzi məqamlara diqqət etməlidirlər. İlk olaraq müəllimlər icaze.e-gov.az portalından qeydiyyatdan keçməlidirlər.
Təhsil eksperti Kamran Əsədov deyib ki, məşğələlərə yalnız 9 və 11-ci sinif şagirdlərinin cəlb edilmələri tövsiyə olunur.
Təhsil ekspertinin sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkərandan fərqli olaraq, digər şəhər və rayonlarda abituriyentlərin imkanı daha genişdir. Mayın 4-dən bəzi bölgələrdə karantin qaydalarının yumşaldılması repetitorların da işini asanlaşdırır.
Ekspertlər abituriyentlərə icazənin 3 saatlıq verildiyini xatırladaraq, müəllimlərin məşğələ müddətini əvvəlki vaxtlara nisbətən azaltmalarının və məşğələ vaxtından maksimum səmərəli şəkildə istifadə etmələrinin vacibliyini vurğulayırlar.