Xəbər lenti

"Report" informasiya agentliyi 8 yaşını qeyd edir
Ölkə05:53 27.10.2022

"Report" informasiya agentliyi 8 yaşını qeyd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Report" informasiya agentliyi 8 yaşını qeyd edir.
"Report-İA" MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən "Report” İA ötən səkkiz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Qaynarinfo-nun kollektivi "Report"da çalışan həmkarları təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!