Xəbər lenti

Rəşad Məmmədov azadlıqda - FOTO
Ölkə14:01 20.06.2016

Rəşad Məmmədov azadlıqda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimlər kolegiyasının qərarı ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirildi.

Xatırladaq ki, ondan əvvəl prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmaısnı istəyiblər.

Daha sonra R.Məmmədov son söz deyib. O, heç bir günahı olmadığını, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Digər təqsirlədirlənlər də son sözlə çıxış edərkən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İ.İsfəndiyarov isə həbsdəki müddətdə ən rahat gününün oktyabrın 17-i (keçmiş MTN naziri E.Mahmudovun vəzifədən kənarlaşdırıldığı gün) olduğunu deyib: " O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Elə o günü mən zatən bəraət almışam".

Müşavidərən sonra məhkəmədə hökm oxunub. Hökmə görə, Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar həmin müddəti istintaq dövründə çəkdiklərinə görə məhkəmə zalından azadlığa buraxılıblar. //virtualaz.org

Qaynarinfo.az