Xəbər lenti

Rəşad Nəbiyev İrakli Qaribaşvili ilə görüşdü
Ölkə19:34 04.04.2022

Rəşad Nəbiyev İrakli Qaribaşvili ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında nəqliyyat və İKT sahəsində mövcud və perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.
Daha sıx əlaqələrin qurulması üçün irəli sürülən təkliflər və həlli zəruri işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə bildirilib ki, Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə, o cümlədən nəqliyyat və İKT sektorunda uğurlu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensial və əlverişli şərait mövcuddur.
Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanaraq yükdaşımaların həcminin artırılması istiqamətində aparılan birgə işlər qeyd edilib.
Həmçinin Qara dəniz-Xəzər nəqliyyat marşrutu, Fars körfəzi-Qara dəniz dəhlizi və "yaşıl limanlar” istiqamətlərində uğurlu əməkdaşlıq münasibətlərinin olduğu diqqətə çatdırılıb.