Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşavir təyinatı olub.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Bayramov Rəşad Bayram oğlu təyin olunub.
O, KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.
R.Bayramov əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.
2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 - 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 - 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.