Xəbər lenti

Rəşad Sadıqov qələbə ilə başladı
İdman18:53 16.01.2018

Rəşad Sadıqov qələbə ilə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.
Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"lu həmyaşıdları ilə qarşılaşıb. Görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.