Xəbər lenti

“Rəşadı iki dəfə “Semaşko”ya apardılar, yer olmadı” - Xanımından açıqlama
Ölkə15:17 15.12.2020

“Rəşadı iki dəfə “Semaşko”ya apardılar, yer olmadı” - Xanımından açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi ekspert, "AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib.
Qaynarinfo bizimyol.info-ya istinadən bildirir ki, bunu R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova bildirib.
"Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı "Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəzinə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi” - deyə, jurnalistin xanımı qeyd edib.