Xəbər lenti

Rəşid Behbudovun yeni heykəlinin başına torba keçirdilər - FOTO
Ölkə12:20 21.06.2016

Rəşid Behbudovun yeni heykəlinin başına torba keçirdilər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov virtualaz.org saytına bunun səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, payızda abidənin açılış mərasimi keçiriləcək. Buna görə də, payızadək heykəlin üzəri qapalı qalacaq.

"Heykəlin üzərində montaj işləri aparılıb. Yəqin buna görə də, əksəriyyət artıq açılış mərasiminin olduğunu düşünüb", - deyə mətbuat katibi söyləyib.

İ.Hümbətov əlavə edib ki, payızda Rəşid Behbudovun xatirəsinə həsr olunacaq tədbirlər, festivallar da keçiriləcək.

Qaynarinfo.az