
Ukraynanın Bakıdakı səfiri Ukraynanın Donetsk və Luqansk regionlarında keçirilmiş seçkilərlə əlaqədar mətbuat konfransı keçirib və Kiyevin münasibətini ifadə edib.
Musavat.com-un əməkaşı Azərbaycanın bu seçkilərə rəsmi mövqeyini öyrənmək üçün XİN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevə müraciət edib.
Onun Ukraynadakı seçkilərə münasibəti belə olub: “Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı dırnaqarası seçkiləri tanımır”.
Qaynar.info