Ölkə 10:48 05.04.2023

Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edildi (FOTO)

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Bu barədə Qaynarinfo-ya Nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub. Səhiyyə Nazirliyindən bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.



Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə isə baş direktor təyin edilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.