
Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru Akif İsmayılov dünyasını dəyişib.
Qaynar.info xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Akif İsmayılov 1999-2015-ci illərdə Tofiq Bəhramov adına Respublika stadionunun direktoru olub. O, ötən ilin sentyabrında səhhətində yaranan problemlər üzündən öz postundan ayrılıb.
Allah rəhmət eləsin!