Xəbər lenti

"Respublika" və "Xalq qəzeti" birləşdirilib, "Bakinski raboçi" qəzetinin hüquqi forması dəyişdirildi
Ölkə11:42 11.07.2025

"Respublika" və "Xalq qəzeti" birləşdirilib, "Bakinski raboçi" qəzetinin hüquqi forması dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.
Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Respublika” qəzeti və "Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.