Xəbər lenti

Restoranda hesabı nağd tələb etdilər, ödəmədi - Cərimə edildi
Ölkə 19:08 23.09.2024

Restoranda hesabı nağd tələb etdilər, ödəmədi - Cərimə edildi

Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən "Star Baku" restoranında hesab ödəməyən şəxs cərimə ödəməli olub. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü V.G. yeyib-içmək üçün dostları ilə birlikdə "Star Baku" restoranına gedib. 

Yeyib-içdikdən sonra içkili olduqları üçün çıxanda hesabı ödəmək yadlarından çıxıb. Obyektdən çıxarkən ofisiant V.G.-nın yanına gələrək hesabı ödəmədiklərini bildirib. 

Bundan sonra həmin şəxs barəsində polisə şikayət edilib. V.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə V.G. iddia edib ki, "Star Baku" restoranında işçilər ondan nağd ödəniş tələb etdiyindən mübahisə yaranıb: "Onlara post-terminal vasitəsi ilə ödəniş edəcəyimizi dedik və bizimlə mübahisə etdilər". 

Məhkəmənin qərarı ilə ona 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->