Xəbər lenti

Rəsul Cəfərovun şikayətinə baxılacaq
Ölkə16:42 10.07.2015

Rəsul Cəfərovun şikayətinə baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apelyasiya şikayətinə iyulun 21-də baxılacaq.

Bunu "Turan"a vəkil Fariz Namazlı bildirib.

Müdafiə tərəfi qismən təkrar istintaq aparılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi və Rəsul Cəfərovun azad edilməsi barədə vəsatət qaldırmaq fikrindədir.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Bu il aprelin 16-da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmə ittihamları ilə 6 il yarım azadlıqdan məhrum edilib.

O ittihamları rədd edir.

Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.

Qaynar.info