Xəbər lenti

Rəsul Quliyevin partiyasında istefa
Ölkə14:06 28.03.2013

Rəsul Quliyevin partiyasında istefa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Açıq Cəmiyyət Partiyasının (ACP) iki üzvü partiyadan istefa verərək “El” Hərəkatına qoşulmaqla bağlı bəyanatla çıxış edib. 

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, ACP Ali Məclisinin sədr müavini, İdarə Heyətinin üzvü Feyruz Quliyev və Ali Məclis və İdarə Heyətinin üzvü Oqtay Mirzəyev partiyadan istefa verərək “El” Hərəkatına keçiblər.

ACP sədrinin sabiq müavini, partiyanın Ali Şurasının və İdarə Heyətinin keçmiş üzvü Nizami Məmmədov da “El” Hərəkatına qoşulub.