Xəbər lenti

Rəsul Çunayevin rütbəsi artırıldı
Ölkə12:22 18.08.2018

Rəsul Çunayevin rütbəsi artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa oyunlarının qalibi, Avropa çempionu Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenan rütbəsinə layiq görülüb.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə idmançı sosial şəbəkədə yazıb:
"Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim və həmin gün yetişdi. 
Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür.  Başda DSX-nın rəisi cənab general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram".
Qeyd edək ki, R.Çunayev 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.