Türkiyədə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı parka veriləcək.
Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Anıtlar Dərnəyinin sədri Səlcuq Önal məlumat verib. Turqutlu bələdiyyə məclisinin bu gün yekdilliklə qəbul etdiyi qərara əsasən böyük bir park Rəsulzadənin adını daşıyacaq.