Xəbər lenti

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
Ölkə16:51 15.01.2019

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı yaşadığı evin qarşısından lövhənin oğurlanması ilə bağlı xəbərlər doğrudur”. Bunu Modern.az-a açıqlamasında Novxanı kəndinin keçmiş icra nümayəndəsi Elnur Əliyev deyib.
Elnur Əliyevin sözlərinə görə, hadisə ötən gecə baş verib: "Elə səhər saatlarında hadisə yerinə polislər gəlmişdi. Yəqin ki, faktla bağlı artıq cinayət işi başlanılıb. Çox güman ki, bunu kəndin avaraları törədib. Çünki həmin lövhə o vaxt çox qiymətli materialdan hazırlanmışdı".
Qeyd edək ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Səhər açılanda kənd sakinləri  üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.
Məlumat üçün bildirək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir  uşaq bağçası kimi fəaliyyət göstərir.  Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.