Xəbər lenti

Rəsulzadənin Gəncədəki büstünün üzərinə gül qoymağa imkan verilməyib
Ölkə08:03 29.05.2015

Rəsulzadənin Gəncədəki büstünün üzərinə gül qoymağa imkan verilməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün  qarşısına gül dəstəsi qoyulmasına icazə verilməyib.

Avropa.info xəbər verir ki, bu gün  AXCP   və Müsavat  partiyasının yerli şöbəsinin  üzvləri Respublika Günü münasibəti ilə Rəsulzadənin Gəncə şəhəri Dəmirolçular parkında yerləşən büstünün qarşısına toplaşmaq istəsələr də, şəhər polisi buna icazə verməyib.

Polis müxalifətçilərə parkda təmir işlərinin  davam etdirildiyini  və Rəsulzadənin büstünün də restavrasiya olunduğunu  qeyd edərək, tədbirin keçirilməsini müvafiq saymayıb. 

Qeyd edək ki, uzun müddətdir  ki, Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkında yerləşən büstünün  üzərinə ağ parça keçirdilib.

Qaynar.info