Azərbaycanıngörkəmli dövlət xadimi, ilk demokratik Azərbaycan dövlətinin banisiM.Ə.Rəsulzadə öz siyasi fəaliyyəti dövründə həm də söz və mətbuatazadlığı uğrunda mübarizə aparıb. Daim təqiblərə məruz qalanM.Ə.Rəsulzadə çar Rusiyası dövründə mətbuat üzərində senzuraya qarşı daciddi etirazını bildirib.
M.Ə.Rəsulzadənin söz və mətbuat uğrunda mübarizəsi ayrıca və genişbir mövzudur. İlk məqaləsini 1903-cü ilin mayında “Şərqi-Rus” qəzetindənəşr etdirdikdən sonrakı dövrlərdə o, azad sözün, azad fikrinmüdafiəçisi olaraq mücadilə aparıb. O, eyni zamanda yazılarında mətbuatazadlığını yüksək dəyərləndirib, mənalı fikirlər səsləndirib. O, budəyərli fikirlərini hələ 1910-cu il avqustun 23-dən Tehranda nəşr etdiyi“İrani - Nov” qəzetindəki “Mətbuat azadlığı” məqaləsində əks etdirib.Həmin məqalədəki fikirlər mətbuat və söz azadlığının mahiyyətininöyrənilməsi baxımından bu gün də əhəmiyyətlidir.
1915-ci ilin mayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr edilən“Yeni İqbal” qəzetində gedən bir məlumatın qəzet səhifəsindənçıxarılması onun ciddi narazılığına səbəb olur.
Həbsinin əsas səbəbi nə idi?
1853 saylı istintaq işinin ittihamları
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tarix Arxivinəməxsus olan 398 saylı qovluğunda ciddi sənədlər tapmaq mümkündür. Busənədlər M.Ə.Rəsulzadənin istintaq materialları ilə bağlıdır. Məlum olurki, M.Ə.Rəsulzadə Bakı şəhər rəisinin 1915-ci ilin mayın 19-da qəbuletdiyi qərarına uyğun həbs olunub. Qərarda onun həbsinin 23-cü maddəyəəsasən hərbi vəziyyət elan edilmiş yerlərdə ictimai qaydaları pozduğubildirilir. Bu ittiham əsas götürülərək M.Ə.Rəsulzadə Bakı həbsxanasınasalınır. Qeyd etdiyimiz kimi, M.Ə.Rəsulzadə “Yeni İqbal” qəzetində biryazının hərbi senzura tərəfindən çıxarıldığına etirazını sərt ifadəetdiyinə görə həbs olunur.
Hərbi - senzor Ledoxovskinin izahat - ittihamı
Bakı şəhər rəisi Martınov istintaqa verdiyi yazılı məlumatda qeydedilir ki, Hərbi senzor Ledoxovskinin ifadəsinə əsasən M.Ə.Rəsulzadə1915-ci il mayın 11-də axşam saatlarında Bakı şəhər poçt - teleqrafidarəsinin binasına daxil olub, burada yerləşən hərbi senzuranınotağında senzor İmamverdibəyova sərt şəkildə etirazını bildirib.M.Ə.Rəsulzadə “Yeni İqbal” qəzetində çap edilən, Bakı Quberniyası XalqPeşə məktəbinin direktoruna aid olan bir məlumatı səhifədən çıxdığınagörə digər senzorların - İ.A.Məlikov və V.K.Freydin yanındaİmamverdibəyovun üstünə qışqırıb.
İttihamda bildirlir ki, elə həmin axşam saat 20:00-da M.Ə.Rəsulzadə qraf Ledoxovskinin mənzilinə gedib, yazının qəzetdənçıxarılmasını ona da bildirib. Qraf Ledoxovski məhz onun tapşırığı iləyazının çıxarıldığını dedikdə, M.Ə.Rəsulzadə onunla yüksək səslə vəacıqlı danışıb. Bundan sonra Ledoxovski Bakı şəhər rəisindən onuncəzalandırılmasını tələb edib.
M.Ə.Rəsulzadə üzr istəməyib
Qraf Ledoxovskinin təqdimatından sonra M.Ə.Rəsulzadə Bakı şəhərrəisi Martınovun idarəsinə çağırılıb. Şəhər rəisi ona gedibLedoxovskidən üzr istəməsini təklif edib və bildirib ki, əgər o, buaddımı atarsa, vəziyyətdən çıxış yolu tapılar.Lakin M.Ə.RəsulzadəMartınovun bu təklifini qəbul etməyib, kəskin şəkildə ona etirazınıbildirərək, özünün haqlı olduğunu qeyd edib. Məhz bundan sonra şəhərrəisi Martınov M.Ə.Rəsulzadənin üzr üstəmədiyini görüb onun həbsedilməsi haqqında göstəriş verib.
İstintaq protokollarından məlumatlar
Qeyd edək ki, M.Ə.Rəsulzadənin həbsi ilə bağlı tərtib edilənprotokolda maraqlı məlumatlar var. Əslində bu məlumatlar onun siyasifəaliyyətinin öyrənilib araşdırılması baxımından olduqca faydalıdır. Buməlumatlarda onun cəmiyyət üçün “zərərli” olması xüsusi vurğulanır. Qeydedilir ki, o, Əhməd bəy Ağaoğlunun “zərərli” istiqaməti ilə seçilən“İrşad” qəzetinin əsas əməkdaşı olub. Eyni zamanda o, “Hümmət”Partiyasının fəalı kimi də vaxtı ilə iki dəfə axtarışa verilib, lakinİranda gizləndiyindən həbsi mümkün olmayıb. Tehranda isə o, “İrani -Nov” (“Yeni İran”) qəzetini nəşr edib və bu qəzetdə Rusiya hökumətinəqarşı narazılıq yaratmağa çalışıb. Bu fəaliyyətinə əsasən TehrandakıRusiya səfirinin tələbi ilə İrandan çıxarılıb, gizli olaraq “GəncTürklər”in tapşırığı ilə Bakıya gəlib, buradan isə Türkiyəyə gedib.Türkiyədə o, Rusiya əleyhinə “Tanin” qəzetində çalışıb. 1913-cü ildəRusiyada Romanovlar sülaləsinin hakimiyyətdə olmasının 300 illiyi iləbağlı ümumi bağışlama olur. Bu bağışlamadan sonra M.Ə.Rəsulzadə Bakıyaqayıdır, “İqbal” qəzetində çalışır.
M.Ə.Rəsulzadənin həbsi ilə bağlı hazırlanmış istintaq protokolununsonunda qeyd edilir ki, o, məhdud vəsaitə malikdir. Lakin müsəlmanlararasında böyük nüfuzu var və o, “Müsəlman Xeyriyyə Cəmiyyəti”ninkatibidir.
Həbsxanada axtarış aparılıb
1915-ci il iyunun 6-da M.Ə.Rəsulzadə həbsxanada saxlanılarkən Bakışəhər Xüsusi Jandarm Korpusunun Rotmistri Lixovskinin rəhbərliyi ilə vətərcüməçilər Rzabəyovun, Məlikyeqanovun iştirakı ilə onun yazılarınabaxış keçirilir. Müəyyən edilir ki, bu yazılar şəxsi xarakterdədir vəheç bir gizlilik daşımır. M.Ə.Rəsulzadə ilə bağlı araşdırmalar aparıbəsaslı faktlar əldə edə bilməyən hökumət orqanları onun həbsdəsaxlanılmasının heç bir hüquqi əsas daşımadığı qənaətinə gəlirlər.
Həbsxanadan azad edilir
1915-ci ilin 25 iyulunda Xüsusi İdarə rəisinin yazılı məlumatında(N2712) M.Ə Rəsulzadənin həbsdən azad olunması bildirilir. Həmin iliyulun 25-də Bakı şəhər rəisi polkovnik Martınov Bakı həbsxanası rəisinə3788 saylı məxfi məlumatında M.Ə.Rəsulzadənin başqa cinayətləriolmaması halında azadlığa buraxılmasına göstəriş verir.
Beləliklə, M.Ə.Rəsulzadə söz və mətbuat azadlığını müdafiəsinə görəiki aydan çox həbsxanada qalır. Öz xalqının istər siyasi, istərsə dəmətbu və söz azadlığı uğrunda yorulmadan mübarizə aparan, təqiblərlədolu ömür yaşayan M.Ə.Rəsulzadə beş il sonra 1920-ci ilin avqustundayenidən həbs edilir, Bakı həbsxanasına salınır. Bu dəfə isə o, söz vəmətbuat azadlığına görə yox, Azərbaycan İstiqlalı uğrunda apardığımübarizəyə görə həbs olunur.
Nəsiman YAQUBLU
musavat.com


