Xəbər lenti

Rəsulzadənin Lahıcda yaşadığı ev - FOTOLAR
Ölkə12:34 03.10.2014

Rəsulzadənin Lahıcda yaşadığı ev - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bura Azərbaycan Xalq Cümhuriyyətinin qurucularndan biri Məhəmməd Əmin Rəsulzadənin Lahıcda qaldığı evdir. Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra milli fəallar gizlənmək məcburiyyətində qaldı. Onların əksəriyyətinin sonrakı taleyi acınacaqlı oldu. 

Cümhuriyyətin əsas ideoloqu və qurucusu M.Ə.Rəsulzadə 1920-ci ildən sonrakı taleyi ağır sınaqlarla keçdi. İlk iki ili o, Lahıcda, şəkildə gördüyünüz evdə gizlənib. Özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini də bu müddətdə qələmə alıb.

Hal-hazırda həmin ev dağılmış vəziyyətdədi. Əvvəllər üç mərtəbəli bina olub. Yaxın vaxtlarda yanıb və yenidən təmir ediblər. Bir hissəsində yaşayış olsa da, ümumilikdə ev xarabalığa bənzəyir. Həmin evin fotolarını sizə təqdim edirik. Xatırladaq ki, fotolar Rəsulzadənin həyatından bəhs edən “Gecikmiş etiraf” kitabının müəllifi Nəcibə Bağırzadəyə məxsusdur.(ANN.Az)

Qaynar.info