Məlum olduğu kimi, böyük öndərimiz, Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin bu il dövlət səviyyəsində qeyd olunması gözlənilən 130 illik yubileyi ilə bağlı Müsavat Partiyası da bir sıra tədbirlər keçirməyi planlaşdırır. Düzənlənəcək mərasim və toplantılarda iştirak etmək üçün qardaş Rürkiyədən də nümayəndə heyəti gələcək.
Müsavat Partiyasının mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Türkiyədən gələn nümayəndə heyətinə Azərbaycan Kültür Dərnəyinin rəhbəri, Rəsulzadənin silahdaşı Cəmil Ünal başçılıq edəcək. C.Ünal və digər qonaqlar bu axşam Bakıya gələcəklər və yanvarın 31-də - Rəsulzadənin doğum günündə keçirilən tədbirə qatılacaqlar.