Xəbər lenti

Rəsulzadəyə həsr olunmuş tədbir keçiriləcək - İstiqlal Muzeyində
Ölkə12:13 22.01.2014

Rəsulzadəyə həsr olunmuş tədbir keçiriləcək - İstiqlal Muzeyində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbir-sərgi təşkil olunacaq.

İstiqlal Muzeyindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçiriləcək tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən fotoşəkillər, muzeyin fondunda saxlanılan kitablar, Rəsulzadənin səfirliklərə yazdığı məktublar və s. nümayiş etdiriləcək.
 
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, professor Solmaz Rüstəmova-Tohidi, tarixçi Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə çıxış edəcəklər.

Qaynar.info