Xəbər lenti

Dünya 15:48 22.07.2024

"Reuters" Harrisin 7 vitse-prezident namizədinin adını açıqladı

ABŞ prezidenti Co Baydenin seçki yarışindan imtina etmək və Demokrat namizəd kimi vitse-prezident Kamala Harrisi dəstəkləmək qərarı sonuncunun qarşısında mühüm bir sual qoyur: vitse-prezident postuna kimin namizədliyini irəli sürmək lazımdır?

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Daxili siyasi müzakirələrdən xəbəri olan insanların sözlərinə görə, indi vitse-prezident vəzifəsinə bir neçə namizəd var. Adları çəkilər şəxslər prezidentliyə can atmasalar da, vəzifəyə gələ bilərlər.

Reuters iddiaçıların adlarını aşıqlayır:

Kentukki ştatının demokrat qubernatoru Endi Beşir respublikaçıların üstün olduğu ştatda uğurlu siyasi karyera qurub. O, iş yerlərinin yaradılması, dövlət təhsilinin dəstəklənməsi və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərlə fəxr edir. Qubernator olaraq o, abort və transgender gənclərə genderlə bağlı yardımı qadağan edən qanun layihələrinə veto qoyub, baxmayaraq ki, bu vetolar ştatın qanunvericilik orqanında respublikaçılar tərəfindən ləğv edilib.

2020-ci il prezidentlik yarışına qatılan ABŞ-ın nəqliyyat naziri Pit Butticec. Daha sonra o, ABŞ prezidenti Co Baydeni dəstəkləyib və 2021-ci ildə yeni administrasiyanın Nazirlər Kabinetinə daxil edilib. Saut Bend şəhərinin keçmiş meri demokratlar üçün kritik ştat sayılan Miçiqanda müəyyən təsirə malikdir.

Şimali Karolina qubernatoru Roy Kuper həm 2016, həm də 2020-ci illərdə Donald Trampa səs verən siyasi rəqabətli ştatda iqtisadi inkişafa diqqət yetirdiyinə və güclü reytinqlərinə görə demokratlar tərəfindən təriflər alıb.

ABŞ senatoru Mark Kelli ənənəvi olaraq respublikaçılara üstünlük verən ştatda mötədil yanaşmasına görə Demokratlar Partiyasının elitası arasında populyardır. Keçmiş Hərbi Dəniz Qüvvələrinin kapitanı və astronavtı, eyni zamanda 2011-ci ildə atışma zamanı ağır yaralanan ABŞ Konqress nümayəndəsi Qabrielle Giffordsun əridir. 

Pensilvaniya qubernatoru Coş Şapiro yalnız keçən il vəzifəyə gəlib, lakin artıq ölkə daxilində partiyada yüksələn ulduz hesab olunur. O, hüquq təhsilinə və ştatın baş prokuroru kimi təcrübəyə malikdir. Şapiro demokratların noyabrda keçiriləcək seçkilərdə qalib gəlmək üçün həlledici sayıldığı ştatda respublikaçılarla mübarizədə uğurlu təcrübəyə malikdir.

Milyarder və İllinoys ştatının qubernatoru Cey Bi Pritsker "Hyatt” otellər şəbəkəsindəki maliyyə resurslarından istifadə edərək, Demokratlar Partiyasının əsas qüvvəsinə çevrilib. O, həmçinin gələn ay Çikaqoda keçiriləcək Demokratik Milli Konvensiyaya hazırlaşmağa yardım edir.

Qubernator Qretxen Uitmer Miçiqanda birbaşa yanaşmaya və aktual məsələlərə diqqət yetirməklə adından söz etdirib. 2020-ci ildə o, Bayden Harrisi seçməzdən əvvəl vitse-prezident vəzifəsinə namizəd hesab olunurdu. O, həmçinin Baydenin yenidən seçilməsinin əsas tərəfdarı idi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->