Xəbər lenti

“Rəy” Monitorinq Mərkəzi “exit poll”un nəticələrini elan edib: İlham Əliyev 92,6%-lə liderdir
Ölkə16:40 07.02.2024

“Rəy” Monitorinq Mərkəzi “exit poll”un nəticələrini elan edib: İlham Əliyev 92,6%-lə liderdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı "exit poll”un nəticələrini açıqlayıb.
Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində "exit poll” keçirilib.
O qeyd edib ki, "exit-poll”un nəticələrinə görə, İlham Əliyev - 92,6 faiz, Fuad Əliyev - 0,84 faiz, Qüdrət Həsənquliyev - 0,46 faiz, Elşad Musayev - 0,11 faiz, Fazil Mustafa - 0,58 faiz, Razi Nurullayev - 1,16 faiz və Zahid Oruc 0,37 faiz səs toplayıblar.
O qeyd edib ki, etibarsız bülletenlər isə 0,73 faiz təşkil edib:
"Exit poll”da iştirakdan imtina edənlər 3,15 faiz təşkil edib”.