Xəbər lenti

“Ürəyi partlayan olmayıb...”
Ölkə13:53 16.01.2014

“Ürəyi partlayan olmayıb...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metropoliteninin rəisi Tağı Əhmədov bir neçə saat əvvəl metroda işıqların sönməsinə münasibət bildirib

Qaynar.info xəbər verir ki, xeberdar.az saytına açıqlama verən Tağı Əhmədov fasilənin bir neçə dəqiqə olduğunu qeyd edib:

"Şəhər elektirik şəbəkəsində kəskin enerji düşdüyü ücün 26-cı yarımstansiyada işıqlar sönüb. Bu bir neçə dəqiqə davam edib. Ürəyi gedən, partlayan olmayıb. Hal- hazırda qatarların hərəkəti davam edir, heç bir problem yoxdu”.

Qeyd edək ki, bu gün  metronun "28 May" stansiyasında işıqlar sönüb. "Həzi Aslanov" və "Azadlıq prospekti" istiqamətində olan platformalarda qatarlar dayanıb.

Qaynar.info