Xəbər lenti

Çörəyin içində telefon ötürmək istədi - FOTO
Ölkə17:00 01.11.2013

Çörəyin içində telefon ötürmək istədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əminin məhkum qardaşoğluna çörəyin içində telefon ötürmək cəhdi baş tutmadı  

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan 1991-ci il il təvəllüdlü, Elnur Yengibar oğlu Əliyevə əmisi - Kürdəmir rayon sakini Rövşən Cəlil oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zaman çörəyin içərisində gizlədilmiş "Nokia" markalı mobil telefon aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qaynar.info