Xəbər lenti

Rioda idmançıları zəhərləmək istəyiblər - Həbs edilənlər var
İdman12:24 03.09.2016

Rioda idmançıları zəhərləmək istəyiblər - Həbs edilənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
XXXI Rio Yay Olimpiya Oyunları zamanı həbs olunmuş cinayətkar qrup üzvləri yarış vaxtı suyu zəhərləmək istəyiblər.
Hazırda həbs olunan həmin qrup kimyəvi silahdan yararlanmaq niyyətində olub. Özlərini "Jundallah" (Allahın əsgərləri") adlandıran dəstə üzvləri hücum planlarını elektron məktublarla və məlumat mübadiləsi ilə bir-birinə ötürüblər.
İfşa edilən cinayətkarlar müvəqqəti həbs ediliblər. Onların həbsi sentyabrın 12-dək davam edəcək. Sentyabrın 12-dək polis bütün material və dəlilləri araşdıracaq. 
İyulun 21-dən avqustun 12-dək isə Braziliyada 15 nəfər həbs olunub. Onlar terror aktları hazırlamaqda şübhəli bilinirlər.(Aznews.az)
Qaynarinfo.Az