Xəbər lenti

Riodan qayıdan idmançılar şən musiqilərlə qarşılanmayacaq
Ölkə09:41 23.08.2016

Riodan qayıdan idmançılar şən musiqilərlə qarşılanmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio-2016-da iştirak etmiş Azərbaycan nümayəndə heyətinin qarşılanması zamanı şən musiqi ifaları səsləndirilməyəcək.

Bu barədə Publika.az-a qarşılanma mərasiminin təşkilatçısı olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı yalnız hərbi musiqilər ifa edilə bilər: "Qarşılanma mərasimində idmançıların ailələri, dostları və yaxınlarından əlavə, biz tərəfdən təxminən 300-500 nəfər olacaq. Hava limanından Mərkəzi Bankın önünə yollanaraq, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əklil qoyacağıq".

Qeyd edək ki, nümayəndə heyətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enişi saat 18:20-yə planlaşdırılsa da, Rio-de-Janeyro aeroportunda sıxlıq olduğundan, təyyarə Bakıya 4 saat gec çatacaq.

Qaynarinfo.Az