Xəbər lenti

Robert De Nironun yeddinci uşağı dünyaya gəldi
Dünya 12:43 10.05.2023

Robert De Nironun yeddinci uşağı dünyaya gəldi

Aktyor Robert De Niro yeddinci dəfə ata olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "ET Canada" telekanalı məlumat yayıb.

Bildirilir ki, aktyor bu barədə "Atam haqqında” filminin qala gecəsi ərəfəsində danışıb. Məlumatı onun nümayəndələri də təsdiqləyiblər. Ananın kimliyi və uşağın cinsiyyəti dəqiqləşdirilməyib.

De Niro deyib ki, valideynlər övladlarını sevməlidirlər. O uşaqlar üçün qaydalar qoymağı sevmir, lakin bəzən "bundan qaça bilmək olmur”: "Siz həmişə uşaqlarla düzgün olanı etmək və onların şübhələrini əsaslandırmaq istəyirsiniz, lakin bəzən bunu edə bilmirsiniz", - usta aktyor deyib.

Jurnalsitin "Mən bilirəm ki, altı uşağınız var” sözlərinə De Niro belə düzəliş edib: "Əslində, yeddidir. Yenicə bir uşağım da dünyaya gəlib".

79 yaşlı Robert De Niro iki dəfə evlənib. O, ilk həyat yoldaşı, aktrisa və müğənni Diana Abbottun qızı Drenanı övladlığa götürüb. Bu evlilikdən onların Rafael adlı bir oğlu da doğulub.

Keçmiş model Tuki Smit ilə münasibətdə olan aktyorun Aaron və Culian adlı əkiz oğulları olub. İkinci evliliyində - keçmiş stüardessa Qreys Haytauerlə - de Nironun Elliot adlı oğlu və Helen adlı bir qızı var (o, 11 yaşındadır, bundan əvvəl aktyorun sonbeşiyi idi).

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->