Xəbər lenti

Robot ilk dəfə orkestrə rəhbərlik etdi (VİDEO)
Texnologiya 20:34 14.10.2024

Robot ilk dəfə orkestrə rəhbərlik etdi (VİDEO)

Almaniyada robot ilk dəfə orkestrə rəhbərlik edib.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, premyera bazar günü Drezden Simfonik Orkestrinin 25 illiyi şərəfinə keçirilən konsertdə baş tutub. 

Robo Maestro iki yeni əsərin sürətini qoyub: Vyeland Reyssmannın "Kreuzknoten" ("Çarmıx düyün”) və həmçinin Andreas Qundlaxın "Yarımkeçirici şah əsəri". 

Robot simfonik orkestrin direktoru Markus Rindtin ideyası əsasında Drezden Texniki Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. "CeTI Excellenc"e laboratoriyasında yeddi oynaq və üç qolu olan maşın ritmi təyin etməyi və musiqi dinamikasını nümayiş etdirməyi öyrəndi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->