Braziliyalı ulduz yarımmüdafiəçi Ronaldinyo Türkiyənin “Antalyaspor” klubu ilə anlaşıb. “
Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə “Fotomaç” çıxış edib.
Bildirilir ki, Roni artıq türk klubu ilə bütün məsələlərdə razılığa gəlib. Meksikanın “Queretaro” klubundan ayrılan “sambaçı” meneceri Roberto Assislə birlikdə iyunun 17-də Türkiyəyə gələcək. O, “Antalyaspor”la rəsmi müqaviləyə imza atacaq.
Qaynar.info