
Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo "Bakı" futbol klubunun bazasında imzalı "Real" klubunun formasını gənc futbolçulara bağışlayıb.
Anspress-in məlumatına görə, futbolçunun martın 26-da baş tutacaq Azərbaycan-Portuqaliya matçında iştirak etməyəcəyi dəqiq olsa da, Bakıya gəlib və komandası ilə birgə məşqə çıxıb.
Xatırladaq ki, Ronaldu martın 22-də Təl-Əvivdə baş tutan İsrail-Portuqaliya matçında sarı vərəqə alaraq cəzalı duruma düşüb. Görüşə gəlincə hesab 3:3 olub.
Qaynar.info

