
«Real Madrid»in ulduz oyunçusu Kriştiano Ronaldo Nepal zəlzələsinin qurbanlarına da laqeyd qalmayıb.
Portuqaliyalı futbolçu zəlzələdən zərər çəkən uşaqların xilası üçün «Save The Children» fonduna 7 milyon avro bağışlayıb. «Facebook» hesabından müraciət edən futbolçu hər kəsi Nepalda yaşananlara həssas yanaşmağa və uşaqların xilası üçün səfərbər olmağa çağırıb. //azadliq.info
Qaynar.info