Xəbər lenti

Rostov aeroportunda azərbaycanlı saxlanıldı
Ölkə15:07 16.01.2019

Rostov aeroportunda azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rostovun Platov aeroportunda 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb. 
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, gömrük nəzarətindən keçən zaman onun üzərindən qeydiyyata alınmamış külli miqdarda pul aşkarlanıb. 
"Azərbaycan vətəndaşının üzərinə baxış zamanı 950 dollar və 720 min rubl aşkarlanıb. Məlum olub ki, o, üzərindəki pulları qeydiyyata salmayıb”, - gömrük xidmətindən bildiriblər. 
Kişi deklarasiya haqqında məlumatsız olduğunu bildirib. Ancaq bu, onu məsuliyyətdən azad etmir. Faktla bağlı araşdırmalara başlanılıb.