Xəbər lenti

Rostov-Bakı avtobusu qəza törətdi
Ölkə13:16 30.01.2014

Rostov-Bakı avtobusu qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba zəncirvari qəza baş berib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Bakir Ələkbərovun idarə etdiyi sərnişin avtobusu Qubadan Bakı istiqamətində hərəkətdə olarkən qarşısına qəfildən “VAZ21-07” markalı minik maşını çıxıb.

Bu zaman toqquşmadan yayınmağa çalışan sərnişin avtobusu sürüşərək yoldan çıxıb və daha 4 avtomobilin qəzaya düşməsinə səbəb olub. Zəncirvarı toqquşmada “Mercedes”, “Nissan”, “Toyota” və “Niva” markalı avtomobillər də ardıcıl olaraq əzilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yol kənarındakı beton sürahilərə ciddi ziyan dəyib. Nəqliyyat vasitəsi Rostovdan Bakıya gedirmiş. Qəzadan sonra Qubadan Bakı istiqamətində olan iki zolaqlı yolun bir hissəsində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qaynar.info