Xəbər lenti

Rüfət Səfərov valideynləri ilə görüşdü
Ölkə19:30 27.03.2017

Rüfət Səfərov valideynləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ailə üzvləri ilə görüşüb.

Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, R.Səfərovun saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur: "Dünən valideynləri ilə görüşüb. Bir az səhhətində problem var, soyuqdəymədən müalicə alır. Ümumi vəziyyəti normaldır, saxlanma şəraitində heç bir problem yoxdur".

B.Bayramov bildirib ki, Şirvan Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti hələ icraata götürülməyib.

Qaynar.Az