Xəbər lenti

Ruhi qəzaya düşdü - Açıqlama
Ölkə09:30 11.09.2014

Ruhi qəzaya düşdü - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biznes-ledi Ruhi Əliyevanın ağır yol qəzasına düşməsi haqda xəbərlər yayılıb. 

“Qafqazinfo”ya açıqlamasında biznes-ledinin mətbuat katibi Türkan Məmmədli Əliyevanın ağır deyil, yüngül qəzaya düşdüyünü təsdiqləyib: 

“Səhər saatlarında Ruhi qəzaya düşüb. Lakin bu yayılan məlumatlardakı kimi ağır qəza olmayıb. Ruhi yüngül qəza keçirib. Sağ-salamatdır. Heç bir xəsarət almayıb. Ağır qəzaya düşməsi haqda yayılan xəbərlər əsassızdır”. 

Qeyd edək ki, Ruhi Əliyevanın yol qəzasına düşməsi və ağır xəsarət alması haqda azpolitika.info saytı məlumat yayıb. 

Qaynar.info