Xəbər lenti

Ruhi xəstə evində yanaraq öldü - Hacıqabulda dəhşət
Ölkə18:04 10.03.2015

Ruhi xəstə evində yanaraq öldü - Hacıqabulda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub. 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-ya verilən məlumata görə, yanğının baş verdiyi və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evinə təbii qaz fasilələrlə verilib. 
Evdə tək olan 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlunun alışqandan istifadə etməsi nəticəsində yanğın baş verib. 
Hadisə nəticəsində dünyasını dəyişən A. Kazımovun ruhi xəstə olduğu bildirilir.
Qaynar.info