Xəbər lenti

Rumıniya mətbuatı Qobustan qoruğundan yazdı
Ölkə18:35 31.08.2019

Rumıniya mətbuatı Qobustan qoruğundan yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın nüfuzlu "News24hours.ro" xəbər portalı Qobustan Milli Tarix-Bədii Qoruğu barədə məqalə yayıb.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar.
Qeyd olunub ki, Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Məqalədə qoruğun yaradılması və tarixi barədə ətraflı məlumat verilib.