Xəbər lenti

Dünya 23:55 28.11.2023

Rumıniya Ukrayna və Moldovanın Aİ-yə qoşulmasını dəstəkləyəcək

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku bildirib ki, Buxarest dekabrda keçiriləcək Avropa İttifaqı sammitində Ukrayna və Moldovanın siyasi birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına dəstək verəcək. Onun sözlərinə görə, bu cür inkişaflar uzunmüddətli perspektivdə sülh, sabitlik və rifahı təmin edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə gerpres.ro saytı məlumat yayıb.

"Aİ və tərəfdaşlarımızın xeyrinə deklarativ yanaşmadan fəaliyyətə keçə biləcəyimizi göstərmək vaxtıdır. Buna görə də Rumıniya dekabrda Moldova və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına dəstək verir. Bu, uzunmüddətli perspektivdə sülh, sabitlik və firavanlığı təmin etmək üçün yeganə doğru variantdır”, deyə Odobesku bildirib.

Onun fikrincə, Ukraynadakı münaqişə kontekstində Aİ "görünməmiş geosiyasi hadisələrə” cavab olaraq genişlənmənin sürətləndirilməli olduğunu anlamağa başlayıb. Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, genişlənmə sülh, sabitlik və rifah üçün geostrateji investisiyadır.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->