Xəbər lenti

Rumıniyada rusiyapərəst namizədin prezident seçkilərində iştirakına qadağa qoyuldu
Dünya 15:55 08.10.2024

Rumıniyada rusiyapərəst namizədin prezident seçkilərində iştirakına qadağa qoyuldu

Rumıniyanın Ali Məhkəməsi ifrat sağçı "S.O.S. Rumıniya" partiyasının namizədi Diana Soşoakın Rusiyayönlü fikirlərinə görə prezident seçkilərində iştirakını qadağan edib. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, məhkəmənin 9 üzvündən beşi "lehinə”, ikisi "əleyhinə” səs verib, daha ikisi "bitrəf" qalıb.

Qeyd olunur ki, bu qərar siyasətçinin rusiyayönlü, anti-Avropa və NATO əleyhinə fikirlərinə görə verilib. Eyni zamanda, o, bütün siyasi spektrdən olan siyasətçiləri məhkəmənin öz səlahiyyətlərini aşması ilə bağlı narahatlığını ifadə etməyə sövq edib.

"Bu, həmçinin liderləri yenidən seçilmək üçün mübarizə aparan sol sosial-demokratlar və sağ mərkəzçi liberalların hakim koalisiyası daxilində gərginliyi artırıb və bu, iki partiyanın ittifaqda fəaliyyətini davam etdirəcəyinə şübhələr yaradır", deyə nəşr yazıb.

Nəşr xatırladır ki, Rumıniyada prezident seçkiləri noyabrın 24-də və dekabrın 8-də iki turda, arada isə parlament seçkiləri keçirilməlidir. Ölkə Konstitusiyasına görə, yaşı 35-dən yuxarı, cinayəti olmayan istənilən Rumıniya vətəndaşı prezidentliyə namizəd olmaq hüququna malikdir. Eyni zamanda, məhkəmənin qərarına əsasən, Şoşoakın mövqeyi ona konsitutsiyaya hörmətlə yanaşmaq və demokratiyanı qorumaq üçün prezident andına əməl etməyə imkan verməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->