Xəbər lenti

Rus dili ilə bağlı imtahan narazılığa səbəb oldu
Ölkə15:19 22.06.2023

Rus dili ilə bağlı imtahan narazılığa səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı keçirdiyi imtahan narazılığa səbəb olub. 
Vətəndaş Nəbiyev İlhamə İsrail qızı Qaynarinfo-ya müraciətində bildirib ki, oğlu Mehdi Nəbiyev imtahanda yaxşı nəticə göstərsə də, onu 1-ci sinif rus dili bölməsinə götürməyiblər. 
"Başqa uşaqlar onun kimi nəticə göstərə bilmədi. Oğlum 22 suala cavab verdi. Gördülər ki, 6 yaşı olsa da, rus dili ilə bağlı anlayışı var, deyilənləri başa düşür, izah edir. Amma buna baxmayaraq, onu 1-ci sinifə götürmədilər. Oğlum bağçada da rus qrupuna gedib. Bu baxımdan, onun rus bölməsində oxumasını istəyirəm. Azərbaycan bölməsində ona çətinlik yaranacaq”, deyə valideyn bildirib. 
İlhamə Nəbiyeva əlavə edib ki, oğlu qeyri-obyektiv yanaşa üzündən bir il geri düşəcək. O, məsələ ilə bağlı müvafiq qurumlara da müraciət edəcəyini bildirib. 
Seyid