Xəbər lenti

Rus hərbçiləri Ermənistanda təlimlərə başladı
Ölkə10:24 01.07.2014

Rus hərbçiləri Ermənistanda təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında geniş komanda-qərargah təlimlərinə başlanıb.

“Media forum” saytı “Armtoday.info”ya istinadla xəbər verir ki, həftənin sonunadək davam edəcək təlimlərdə 200 hərbi texnika və 600 hərbçi iştirak edir. Alagöz və Kamxud təlim komplekslərində tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya işə salınıb.

Təlimlərdə MiQ-29 təyyarələri və PVO BUK-Mi-2 komplekslərindən də istifadə olunacağı və pilotsuz uçuş aparatları eskadrilyalarının işə salınacağı bildirilir.

Rus ordusunun cənub hərbi dairəsinin mətbuat xidməti bəyan edib ki, belə tədbirlər Rusiyadan kənarda xidmət edən rus hərbçilərinin bütün kateqoriyalarının hazırlığı və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün real sistemin yaradılması məqsədilə ildə iki dəfə keçirilir.

Qaynar.info