Xəbər lenti

Rus ordusu Gümrüdən çıxacaq - Ermənistanda Qərb qalib gəlir (ŞƏRH)
Siyasət 12:49 03.10.2023

Rus ordusu Gümrüdən çıxacaq - Ermənistanda Qərb qalib gəlir (ŞƏRH)

"Ermənistandakı qarşıdurmada Qərb qalib gələrsə, bu ölkənin KTMT və MDB kimi qurumlardan çıxacağı istisna olunmur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son hadisələr fonunda İrəvanın MDB və KTMT-dən çıxması ehtimalı barədə danışarkən deyib. 

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanda son illər ölkənin KTMT və MDB-dən çıxması ilə bağlı bir sıra bəyanatlar səslənməyə başlayıb: 



"Paşinyanın yürütdüyü siyasət də əksər hallarda Rusiyanı qane etmir. Lakin bəzi məqamlarda Moskva öz hərəkətilə əslində Paşinyana kömək edir. Ermənistanın KTMT və MDB kimi qurumlardan çıxması bütün hallarda daxili ictimai rəyin təzyiqlərinin hansı şəkildə olmasından asılı olacaq. Ermənistanda anti-Rusiya dalğası mövcuddur və son zamanlar bu dalğa güclənir. Həmin dalğa nəticəsində hamı başa düşür ki, Ermənistan məsələsində Qərb udacaq. Belə görünür ki, Rusiya da artıq bura razılıq verib. Çünki Qarabağda vəziyyət Rusiya sülhməramlılarının oranı tərk etməsinə gətirib çıxaracaq. Ardınca Gümrü və digər yerlərdəki Rusiya hərbçiləri də çıxacaq. Bu baxımdan da udan Qərb olacaq”. 

Qeyd edək ki, son illər Ermənistan daha çox Qərbpərəst siyasət yürütməyə başlayıb. Paşinyan hökuməti tərəfindən Rusiyaya yönəlik tənqidlər də anoloji olaraq artıb. Buna cavab olaraq, Moskvanın Ermənistana münasibətində gərginlik də durmadan artır. Yaranmış vəziyyətdə belə fikirlər səslənir ki, Ermənistan son hadisələr fonunda KTMT və MDB-dən çıxa bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->