Xəbər lenti

Rus polkovnik Bakını hədələdi
Ölkə10:00 31.10.2013

Rus polkovnik Bakını hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müharibə başlasa, Ermənistanı müdafiə edəcəyik” 

“Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi  bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək”. 

Modern.az xəbər verir ki, bunu Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın “Krasnaya Zvezda” nəşrinə müsahibəsində bildirib. 

Bundan əlavə, Ruzinski Ermənistan ərazisində “Smerç” reaktiv artilleriya qurğularının bir neçə batareyasının olduğunu təsdiqləyib. Onun sözlərin görə, 102-ci hərbi bazanın əsasını “S-300” zenit-raket kompleksi, MİQ-29 təyyarələrindən ibarət döyüş eskadrilyası və “Smerç” artilleriya batareyaları təşkil edir. 

Qaynar.info