Xəbər lenti

Rus texnikasının əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb
Ölkə07:20 25.05.2013

Rus texnikasının əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Proses bir neçə həftədən sonra başa çatacaq.

Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb: "Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq”.

Qaynar.info