Xəbər lenti

Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı yeni bəyanat yaydılar
Ölkə19:59 08.12.2016

Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı yeni bəyanat yaydılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk qrupu üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin bu gün Hamburqda qəbul etdiyi bəyanatda deyilir.

“Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdırlar. Biz əminik ki, ən yaxın imkan daxilində bu danışıqlar baş tutmalıdır. Həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir”, - Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyronun birgə bəyanatında deyilir.

Qaynarinfo.Az