Xəbər lenti

Rusiya-Azərbaycan sərhədində qadın öldü
Ölkə07:59 23.08.2013

Rusiya-Azərbaycan sərhədində qadın öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu səhər saat 06:00 radələrində Azərbaycan-Rusiya sərhəddində daha bir ölüm hadisəsi baş verib. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Qusar rayonunda yerləşən Samux keçid məntəqəsində Rusiya vətəndaşı 1954-cü il təvəllüdlü Saray Süleymanova dünyasını dəyişib. Qusar rayon prokuroru Anar Salahovun verdiyi məlumata görə, 59 yaşlı qadın İran İslam Respublikasında qayıdarkən sərhəddin Azərbaycan hissəsində dünyasını dəyişib. Qadının İrandan müalicədən gəldiyi bildirilir.

Saray Süleymanova uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və İrana dərdinə çarə axtarmağa gedibmiş Onun halı qəflətən pisləşib və dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info