Xəbər lenti

Rusiya Azərbaycana nə demək istəyir?
Ölkə11:47 15.04.2013

Rusiya Azərbaycana nə demək istəyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzeyir Cəfərov

Diqqət yetirmisinizsə, son günlər cəmiyyətimizdə aktiv müzakirə edilənmövzulardan biri də Rusiya mövzusudur. Belə ki, Azərbaycanla QəbələRLS-nə görə münasibətlərin soyuması fonunda  bu vəziyyət hər kəsinarahat edir. Bu da təbiidir. Başqa cür olsa idi, bəlkə də,təəccüblənərdim. Rusiya kimi nəhəng dünya dövləti, özünün milli mənafeyiüçün hansısa cüzi məbləğı tapa bilmədiyi üçün onlar Azərbaycandakı uzunillər strateji əhəmiyyət daşıyan hərbi obyektlərindən imtna etdilər.Hərçənd, bu stansiyadan rusların əl çəkməyəcəyini bəyan edən çoxsaylışəxslərdən  biri də məhz bu sətirlərin müəllifi kimi mən idim. Əslinəqalsa, aparılan danışıqlar, gedən prosselər, qarşıdakı mühüm əhəmiyyətliirili-xırdalı siyasi tədbirlərin qısaca təhlili də məhz RusiyaFederasiyasının (RF) Cənubi Qafqazda mövcudluğunun daha bir elementikimi Qəbələdəki RLS-dən heç vəcdlə əl çəkməyəcəyini deməyə əsas verirdi.

Yalnız son məqamda RF-nın prezidenti VladimirPutin çox əsəbi və qəzəbli şəkildə ölkəsinin müdafiə və xarici işlərnazirliklərinin rəhbərliyinə qəti göstəriş verdi ki, onlar danışıqlarprosessini dayandırsın və bu haqda Azərbaycan tərəfinə rəsmi notasınıtəqdim etsin. Maraqlıdır, 2012-ci ilin sonlarında qəbul edilmiş vəRusiya rəhbərliyi tərəfindən birtərəfli qaydada elan edilmiş siyasiqərardan sonra sanki Moskva Bakını bu hadisəyə görə cəzalandırmağa məqamaxtarır. Demək olar ki, hər gün də olmasa, hər həftə yeri gəldi-gəlmədibiz bunun  şahidləri oluruq: Rusiyada yaşayan soydaşlarımızla, eləcə dəAzərbaycanla bağlı olan məsələlərdə şimal qonşularımız artıq güc diliilə danışmağa başlayıblar. Moskvadakı bazarlardan birinə heç birxəbərdarlıq etmədən azərbaycanlılara qarşı Rusiya Xüsusi Təyinatlı PolisDəstəsinin (XTPD) amansızlığı, Sank-Peterburq şəhərində soydaşlarımızınkompakt yaşadıqları rayonların birində baş vermiş silahlı insident vəonlarla digər hadisələri sadalaya bilərik. Amma mən RF ilə Azərbaycanarasında baş verən hərbi-siyasi məsələlərə bir qədər diqqət yetirməkistərdim.

İlk baxışdan o qədər də açıqsezilməyən proseslərin son dərəcə pərdəarxası olayları ciddi düşünməyəəsas verir. Qəbələdəki uğursuzluğunu hec cürə həzm edə bilməyən Putininilk addımları da özünü çox gözlətmədi. Onun imzaladığı sənədə əsasənbundan sonra Rusiya tərəfi Azərbaycana silah və sursatın satılmasınaməhdudiyyət tətbiq etməyə qərar verib. Bu gözlənilməz addımdan sonradüşünmək olardı ki, ruslar necə deyərlər, “əyri oturub, düz danışmaqla”atdıqları addımları təhlil edəcək və nə qədər yalnışlığa yolverdiklərinin fərqinə varacaqlar. Çünki bu sahədə dünyada bir qəbulolunmuş qaydadır ki, özlkəsinin müdafiəsini və etibarlı təhlükəsizliyinitəmin etmək üçün əsas şərtlərdən biri, silahı alan ölkənin maliyyəimkanlarıdır. Şükürlər olsun ki, bu imkan da bizdə var. Rusların atdığıbelə dost olmayan addımdan sonra, Azərbaycan körpə uşaq kimi oturubağlamayacaq, və ya yalvarmayacaqdı ki, ay Putin qardaş, sən allah beləeləmə, bizi çətin vəziyyətə salma. Şükürlər olsun, 21-ci əsrdə dünyada oqədər inkişaf etmiş dövlətlər var ki, onlar özlərinin mütərəqqitexnologiyaları sayəsində buraxdıqları, öz taktika-texnoloji göstəricciləri baxımdan rusların bizə satdıqları hərbi məhsuldan daqat-qat  müasirini təklif edirlər. Olmasın Rusiya bazarı, olsun Ukrayna,Belorusiya, yaxud da İsrail, Amerika, elə bizə qardaş olan Türkiyə...

Busiyahıya onlarla digər ölkələrin də adını salmaq olar. Amma PutinRusiyası özünü sanki qəzəblənmiş rus ayısı kimi aparmaqda hələ dəisrarlıdır. Bayaq da qeyd etdim ki, elə bir gün, yaxud həftə olmur, bizincimiş Kremldən, yaxud paytaxt Moskvadan  hansısa xoşagəlməz xəbərləralmayaq. Son günlər isə Şimali Qafqazda müşahidə etdiyimiz vəinsanlarımızın haqlı narahatlığına səbəb olmuş hərbi duruma da bir qədərtoxunmaq istərdim. Xatırladım ki, Azərbaycanın Qusar rayonu ərazisindəndə sərbəst müşahidə etməklə RF-nın Dağıstan Respublikasının ərazisindəbirdən-birə xeyli sayda canlı qüvvə və hərbi texnika cəmləşməyə başladı.Şimali Qafqazda baş verən son illərin ən gərgin vaxtlarında beləmüşahidə olunmayan hərbi aktivlik sözsüz ki, sərhədyanı bölgədə yaşayaninsanlarımızı narahat etməyə başladı. Adətən, belə addımlar atılarkənümumi qəbul olunmuş qaydalara əsasən, qonşu olan ölkələr qabaqcadan biridigərini məlumatlandırır. Ancaq loru dillə desək, hələ də burnu yerlə gedən rusların siyasi rəhbərliyi bu sadə davranış qaydalarına beləriayət etmək istəmədi. Və nəticədə də bir xeyli müddət ölkəmizinvətəndaşları sərhəddə yaşananlarla bağlı böyük narahatçılıqlar yaşamalıoldular.

Mətbuatımız da davamlı olaraq bunarahat məqamla bağlı həyacan təbili çalmağa başladı. Üstündən günlərkeçdikdən sonra isə əlahəzrət Putin müəllim icazə verdi ki, RusiyaMN-nin rəsmiləri bir aşıqlama ilə çıxış etsinlər. Sən demə,narahatçılığa əsas yox imiş. Şimal qonşumuz Dağıstan ərazisində silahlıdəstələrə qarşı əməliyyat tədbirləri çərçivəsində ölkəmizlə sərhədlərəqoşun cəmləşdirirmiş. İndi ortalığa bir sual çıxır: məgər bu böyük birişmi, əziyyətmi tələb edirdi ki, RF-nın müvafiq qurumları ölkədaxilikeçirtmək istədikləri hərbi tədbirlə bağlı Azərbaycanın rəsmidairələrini məlumatlandırsınlar? Əlbəttə, bunlar adi, dövlətlərarasıetika, davranış qaydalarıdır ki, buna da hörmətli Putin və komandası özincikliklərini hec cürə gizlədə bilməyərək açıq şəkildə ölkəmizə qarşısərgiləməkdə davam etdirir.

Bu ilin oktyabrındaAzərbaycanda prezident seçkiləri keçiriləcək. Bu bir ümumi qəbulolunmuş qaydadır və belə mühüm siyasi tədbirlər olan illərdə qonşudövlətlər çalışırlar ki, maksimum dərəcədə seçki keçirəcək ölkəyə şəraityaratsınlar. Yəni bu da bir növ yazılmamış ölkələrarası davranışqaydasıdır.  Amma RF nədənsə özünü SSRİ-nin varisi kimi hələ də “böyükqardaş” kimi aparmaqda israrlıdır. Halbuki özləri də gözəl anlayırlarki, indi 90-cı illər deyil, bayırda 21-ci əsrin artıq 13-cü ilidir. Hərbir müstəqil dövlətin özünün siyasəti, milli maraqlardan irəli gələnaddımları və öz düşüncələri var. Bunlarla yanaşı, eyni zamanda artıqdövlətlər arasında müəyyən diplomatik, tərəfdaşlıq və ümumi maraqlarıcəmləşdirən birlik və təşkilatlar formasında münasibətlər mövcüddur.Müstəqilliyinin ilk illərindən bu günə kimi, Azərbaycan da özünəirili-xırdalı dost-müttəfiq ölkələr qazanıb. Hüç şübhəsiz ki, bu sıradabizə dost və qardaş olan Türkiyə Cumhuriyyətini birinci olaraq qeydetmək istərdim. Müsəlman dünyasında kifayət qədər gücə və imkanlaramalik olan digər dostlarımız da bu gün Azərbaycan xalqının, dövlətininyanındadırlar.

Dağlıq Qarabağ münaqişəsinintənzimləməsində öz üzərinə ATƏT-in Minsk Qrupu çərçivəsində öhdəliklərgötürmüş RF nədənsə, təcavüzkar dövlət kimi tanınmış Ermənistana hərvəcdlə köməkliklər göstərir. İstər isqtisadi, istərsə də hərbi-siyasi sahədə bu iki ölkə arasında xeyli sayda əməkdaşlıq sənədləri mövcuddur.Bizə düşmən mövqe tutmuş, torpaqlarımızı işğal altında saxlayan Ermənistan üçün RF-nın Gümrüdəki 102-ci hərbi bazası  bir növ buferrolunu oynayır. Bufer o mənada ki, vəziyyət bir balaca tündləşən-qarışankimi, ruslar öz erməni əlaltılarının vasitəsilə bu güc vasitəsindənyararlanacaqlarını bəyan edirlər. Bundan əlavə, Kollektiv TəhlükəsizlikMüqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bu iki dövləti hərbi yardımhaqqında Saziş birləşdirir. Məhz bu sənədin “gücü”  vasitəsiyləermənilər arada bizə “xox” gəlməyə də çalışırlar. Biz yaxşı başa düşürükki, erməni kimdir və bizə qarşı bu cəsarəti kimdən alır. Əlbəttə ki,onu danışdıran, üstümüzə qaldıran məhz Rusiya amilidir.

Bayaqölkəmizdə bu il keçirilməsi nəzərdə tutulan prezident seçkiləriməsələsinə yungülcə toxundum. Amma bütün bunlara rəğmən, biz özayıq-sayıqlığımızı da əldən verməməliyik. Öz siyasi ambisiyalarına görə,Putin və komandası istənilən an Azərbaycanda vəziyyəti gərginləşdirməküçün hər bir addıma, hətta bizim düşünmədiyimiz hərəkətlərə əl atabilər. Mən qətiyyən, hansısa panikanın, qorxuya düşməyin tərəfdarıdeyiləm. Amma reallıq ondan ibarətdir ki, bu gün Rusiyanın siyasi vəhərbi rəhbərliyi Azərbaycana qarşı heç də xoş olmayan, bəzən də bütünetik və insanı normaları vurub aşan münasibət sərgiləyir.

Növbətiyazılarımızda bu mövzuda daha başqa məqamların da olması haqqında fikirvə mülahizələrimizi sizlərlə paylaşacağıq. Hələliksə, gördüyümüzmənzərə ondan ibarətdir ki, ruslar özləri də Azərbaycandan nəistədiklərini tam sona kimi  müəyyənləşdirə bilməyiblər.